Tez-tez verilən suallar

Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz

Kurs hansı günlər keçirilir?

Siz kursa yazılan zaman sizə üyğun günləri qeyd edirsiniz və biz buna uyğun qrupu yığırıq

Mənə uyğun günlərə qrup yığılmasa pul qeri qaytarılır?

Biz çalışırıq ki kurs keçirilən günlər hamıya uyğun olsun ama siz seçdiyiniz günlərə uyğun qrup yığılmasa sizin pulunuz qeri qaytarılır

Kurslar saat neçədə keçirilir?

Kurslar həftə içi seçdiyiniz günlərdən asılı olaraq axşam saat 19:00 dan 20:30 və ya 21:00 qədər davam edir

Mən ödənişi etdikdən sonra kursun başlamasını nə qədər gözləməliyəm?

Qrupa 6 nəfər yazılan kimi kurs başlayır və qrupun yığılması təqribi 2-3 həftə təşkil edir

2-3 həftə ərzində qrup yığılmasa pul qeri qaytarılır?

Siz qözləyə bildiyiniz halda birazda qözləyə bilərsiniz və yaxud kursdan imtina edin pulunuzu qeri ala bilərsiniz

Kursun aylıq ödənişi nə qədərdir?

Standart kursun aylıq ödənişi 150 manat, ekspress kursun isə aylıq ödənişi 300 manat təşkil edir

Ekspress kurs standart kursdan nə ilə fərqlənir?

Hər iki kursun materialları və dərslərin sayları eynidir, sadəcə standart kurs həftədə 2 dəfə ekspress kurs isə 4 dəfə keçirilir. Ekspress kurs tədrisi daha tez bitirmək istəyənlər üçün nəzərdə tutulub

Kurslar həftədə neçə dəfə keçirilir?

Standart kurs həftədə 2 dəfə, ekspress kurs həftədə 4 dəfə keçirilir

Helpdesk kursu neçə ay davam edir?

Standart kurs 6 ay 10 gün, ekspress kurs isə 3 ay davam edir

Sınaq dərsinizdə iştirak etmək olarmı?

Bəli. Siz ilk öncə kursa yazılırsınız və birinci ayın pulunu ödəyirsiniz. Kurs başlayanda birinci dərs sizi qane etməsə pulunuz sizə qeri qaytarılır

Kursa necə yazıla bilərəm?

Kursa yazılmaq üçün
  1. yaxınlaşırsınız bizim ofisə
  2. biz sizinlə müqavilə bağlayırıq
  3. birinci ayın ödənişini edirsiniz
  4. sizə uyğun günləri qeyd edirsiniz
  5. qrup yığılana kimi bizdən zənq qözləyirsiniz

ITBilik harada yerləşir?

Bakı ş., Nərimanov r., Əhməd Rəcəbli 52a, Xəzər Plaza, mərtəbə 4, otaq 3, Nərimanov metro st. yaxınlığında, Doğtaş mebel dükanı ilə üzbəüz

Siz sertifikat verirsinizmi?

Bəli, kursu bitirən bütün məzunları sertifikatla təmin edirik

Bu kursu bitirəndən sonra Comp TIA A+ imtahanını verib beynəlxalq sertifikat ala bilərəm?

Nəzərə alın ki, beynəlxalq sertifikat üçün imtahan ingilis dilində keçirilir və sizin dil biliyiniz rahat oxuyub hər şeyi başa düşmək səviyyəsində olmalıdır. Bundan əlavə, imtahanda spesifik sualların olduğuna qörə tövsiyə edirik həmən imtahana əlavə olaraq testlərnən də hazırlaşasınız. Bu məsələdə sizə tövsiyələr verə bilərik.

Kursu bitirdikdən sonra iş tapmaqda köməklik edirsinizmi?

Bəli, kursu bitirdikdən sonra sizin CV nizi işə düzəlmək üçün bizim partnyor şirkətlərə yönəldəcəyik

Helpdesk mütəxəssisi olmaq üçün İngilis dilini bilmək mütləqdir?

İngilis dilini bilməsənizdə helpdesk kimi işləyə bilərsiniz ama dili bilsəniz sizin işə düzəlmə şansınız artacaq, həmdə yüksək maaşlı işə düzəlmə ehtimalı coxalacaq. Ən azı texniki səviyyədə dil biliyiniz sizə qısa zamanda inkişaf etməyə kömək edəcək. Texniki və danişıq səviyyəsində isə dil biliyiniz xaricdə yüksək maaşlı işə düzəlməyində sizə kömək edəcək.

Kurslara neçə yaşdan qəbul edirsiniz?

14 yaşından artıq qəbul edirik

Özümlə kompüter gətirməliyəm?

Noutbukunuzu gətirə bilərsiniz ama bu şərt deyil Bizdə hər tələbə üçün noutbuk və ya masa üstü kompüterlərimiz var

Təlimçi barəsində məlumat almaq istəyirəm

Təlimçi Elçin Camalov, 18 il iş təcrübəsinə malikdir və müxtəlif şirkətlərdə fəaliyyət göstərib. 7 ildir ki IT üzrə video dərslər hazırlayır və həmən dərsləri siz bizim ITBilik youtube kanalımızda izləyib tanış ola bilərsiniz. Kanalımızda dərsləri izləyərək və ya sınaq dərsində iştirak edərək təlimçinin bilik-bacarıq səviyyəsini, təcrübəsini və dərs metodikasını dəyərləndirə bilərsiniz.

Qəbul olmaq üçün hansı sənədləri təqdim etmək lazımdır?

Müqavilənin bağlanması üçün şəxsiyyət vəsiqəsi və birinci ayın ödənişini etmək kifayətdir

Tədris cədvəlimi dəyişə bilərəm?

Digər günlər fəaliyyət göstərən qrup və uyğun zaman varsa, bəli