Real kursda iştirak etmək istəyirsinizsə,
bizim əyani kursumuza qatılın!

Haqqımızda


2017 ci ildən etibarən indiyə kimi IT sahəsində video kursları hazırlayırıq və tələbələr bundan çox faydalanır, ama hər kəs fərdi şəkildə ev şəraitində kursları öyrənə bilmir və çox çətinlik çəkir.

Bunu nəzərə alaraq biz real əyani kurslarını açmaq qərarına gəldik.

Bu kurslarda nəzəri və praktiki dərslər keçirilir və kursları bitirdikdən sonra siz artıq təcrübə almış bir mütəxəssiz kimi işə düzələ bilərsiniz.

Kursların təlimçisi və ITBilik youtube kanalının müəllifi Elçin Camalovdur.

Biz tədrisimizə tam zəmanət veririk və bir tələbəyə hər hansı bir mövzunu oyrənməsi üçün dəfələrlə müxtəlif üsullarla başa salırıq.



Ətraflı




Niyə ITBilik.az?

Bizi digər təhsil mərkəzlərindən fərqli edən üstünlüklər ilə aşağıda tanış olun və doğru seçim edin

Kiçik Qruplar

Dərslər kiçik qruplarda keçirilir, qrupda 5-8 nəfər tələbə olur

Təcrübəli Təlimçilər

Çox peşəkar və təcrübəli təlimçilərdən dərin bilikləri və geniş təcrübəni əldə etmiş olacaqsınız

Nəzəriyyə + Praktika

Nəzəri və praktiki dərslərin sahəsində siz nəticədə təcrübə keçmiş kimi olacaqsınız

Təcrübə proqramı və Karyera dəstəyi

Kursu bitirdikdən sonra sizin CV nizi işə düzəlmək və ya təcrübə üçün bizim partnyor şirkətlərə yönəldəcəyik

Ödənişsiz Sınaq Dərsləri

Siz, bir sınaq dərsində tamamilə pulsuz iştirak edə bilərsiniz

Əyani və video dərslər

Əyani dərslərə real təcrübə almaq üçün qatıla bilərsiniz Ev şəraitində üzünüz sərbəst məşqul ola biləcəksinizsə bizim video dərsləri əldə edə bilərsiniz

Dərslərin Video Yazıları

Hər dərsdən sonra həmin dərsin video yazılarını əldə edəcəksiniz və istədiyiniz zaman həmin yazılara təkrar baxaraq, unutduğunuz mövzuları təkrarlaya biləcəksiniz

Zəmanət Veririk

Tədrisimizə tam zəmanət veririk: əgər hər hansı mövzu və ya mövzular sizə tam aydın olmasa, həmin dərsləri sizə təkrar keçəcəyik

Karyera dəstəyi

CV nin hazırlamasında köməklik və məsləhətlər

CV nin hazırlama qaydasını sizə göstərəcəyik və hazır CV lərinizi yoxlayıb düzəlişlər edəcəyik

İş müsahibəsinə hazırlıq

Musahibədə hansı suallar ola bilər və bu suallara necə cavab vermək lazımdır. Ozünüzü qörüşdə necə aparmalısınız və sr. barəsində sizə məsləhətlər verəcəyik.

İş üçün yönləndirmə

Kursu bitirdikdən sonra sizin CV nizi işə düzəlmək üçün bizim partnyor şirkətlərə yönəldəcəyik

Təcrübə üçün yönləndirmə

Kursun özundə təcrübə olmasına baxmayaraq sizin CV nizi təcrübə üçün bizim partnyor şirkətlərə yönəldəcəyik

Biz tərəfdən texniki dəstək

Kursu bitirdikdən sonra bir müddət ərzində bizimlə əlaqə saxlayıb ödənişsiz olaraq texniki məsləhətlər ala bilərsiniz.

Pulsuz konsultasiya

IT-yə hardan və necə başlamaq məsələlərində çətinlik çəkirsinizsə, sizə yardım etməyə hazırıq

Tez-tez verilən suallar

Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz

Kurs hansı günlər keçirilir?

Siz kursa yazılan zaman sizə üyğun günləri qeyd edirsiniz və biz buna uyğun qrupu yığırıq

Mənə uyğun günlərə qrup yığılmasa pul qeri qaytarılır?

Biz çalışırıq ki kurs keçirilən günlər hamıya uyğun olsun ama siz seçdiyiniz günlərə uyğun qrup yığılmasa sizin pulunuz qeri qaytarılır

Kurslar saat neçədə keçirilir?

Kurslar həftə içi seçdiyiniz günlərdən asılı olaraq axşam saat 19:00 dan 20:30 və ya 21:00 qədər davam edir

Mən ödənişi etdikdən sonra kursun başlamasını nə qədər gözləməliyəm?

Qrupa 6 nəfər yazılan kimi kurs başlayır və qrupun yığılması təqribi 2-3 həftə təşkil edir

2-3 həftə ərzində qrup yığılmasa pul qeri qaytarılır?

Siz qözləyə bildiyiniz halda birazda qözləyə bilərsiniz və yaxud kursdan imtina edin pulunuzu qeri ala bilərsiniz

Helpdesk (Comp TIA A+) kursunun aylıq ödənişi nə qədərdir?

Standart kursun aylıq ödənişi 150 manat, ekspress kursun isə aylıq ödənişi 300 manat təşkil edir

Ekspress kurs standart kursdan nə ilə fərqlənir?

Hər iki kursun materialları və dərslərin sayları eynidir, sadəcə standart kurs həftədə 2 dəfə ekspress kurs isə 4 dəfə keçirilir. Ekspress kurs tədrisi daha tez bitirmək istəyənlər üçün nəzərdə tutulub

Kurslar həftədə neçə dəfə keçirilir?

Standart kurs həftədə 2 dəfə, ekspress kurs həftədə 4 dəfə keçirilir

Helpdesk kursu neçə ay davam edir?

Standart kurs 6 ay 10 gün, ekspress kurs isə 3 ay davam edir

Cisco CCNA kursunun aylıq ödənişi nə qədərdir?

Kursun aylıq ödənişi 250 manat təşkil edir

Cisco CCNA kursu neçə ay davam edir?

Kurs 5 ay davam edir

Cisco CCNA onlayn kursunun aylıq ödənişi nə qədərdir?

Kursun aylıq ödənişi 200 manat təşkil edir

Sınaq dərsinizdə iştirak etmək olarmı?

Bəli. Siz ilk öncə kursa yazılırsınız və birinci ayın pulunu ödəyirsiniz. Kurs başlayanda birinci dərs sizi qane etməsə pulunuz sizə qeri qaytarılır

Kursa necə yazıla bilərəm?

Kursa yazılmaq üçün
  1. yaxınlaşırsınız bizim ofisə
  2. biz sizinlə müqavilə bağlayırıq
  3. birinci ayın ödənişini edirsiniz
  4. sizə uyğun günləri qeyd edirsiniz
  5. qrup yığılana kimi bizdən zənq qözləyirsiniz

ITBilik harada yerləşir?

Bakı ş., Nərimanov r., Əhməd Rəcəbli 52a, Xəzər Plaza, mərtəbə 4, otaq 3, Nərimanov metro st. yaxınlığında, Doğtaş mebel dükanı ilə üzbəüz

Siz sertifikat verirsinizmi?

Bəli, kursu bitirən bütün məzunları sertifikatla təmin edirik

Comp TIA A+ kursunu bitirəndən sonra onun imtahanını verib beynəlxalq sertifikat ala bilərəm?

Nəzərə alın ki, beynəlxalq sertifikat üçün imtahan ingilis dilində keçirilir və sizin dil biliyiniz rahat oxuyub hər şeyi başa düşmək səviyyəsində olmalıdır. Bu biliklərə maliksinizsə və Helpdesk kursunu müvəffəqiyyətlə bitirmisinizsə, imtahanı verməklə bəynalxalq sertifikatına sahib ola bilərsiniz.

Cisco CCNA kursunu bitirəndən sonra onun imtahanını verib beynəlxalq sertifikat ala bilərəm?

Nəzərə alın ki, beynəlxalq sertifikat üçün imtahan ingilis dilində keçirilir və sizin dil biliyiniz rahat oxuyub hər şeyi başa düşmək səviyyəsində olmalıdır. Bu biliklərə maliksinizsə və Cisco CCNA 200-301 kursunu müvəffəqiyyətlə bitirmisinizsə, imtahanı verməklə bəynalxalq sertifikatına sahib ola bilərsiniz.

Kursu bitirdikdən sonra iş tapmaqda köməklik edirsinizmi?

Bəli, kursu bitirdikdən sonra sizin CV nizi işə düzəlmək üçün bizim partnyor şirkətlərə yönəldəcəyik

IT mütəxəssisi olmaq üçün İngilis dilini bilmək mütləqdir?

İngilis dilini bilməsənizdə helpdesk kimi işləyə bilərsiniz ama dili bilsəniz sizin işə düzəlmə şansınız artacaq, həmdə yüksək maaşlı işə düzəlmə ehtimalı coxalacaq. Ən azı texniki səviyyədə dil biliyiniz sizə qısa zamanda inkişaf etməyə kömək edəcək. Texniki və danişıq səviyyəsində isə dil biliyiniz xaricdə yüksək maaşlı işə düzəlməyində sizə kömək edəcək.

Kurslara neçə yaşdan qəbul edirsiniz?

14 yaşından artıq qəbul edirik

Özümlə kompüter gətirməliyəm?

Noutbukunuzu gətirə bilərsiniz ama bu şərt deyil Bizdə hər tələbə üçün noutbuk və ya masa üstü kompüterlərimiz var

Təlimçi barəsində məlumat almaq istəyirəm

Təlimçi Elçin Camalov, 18 il iş təcrübəsinə malikdir və müxtəlif şirkətlərdə fəaliyyət göstərib. 7 ildir ki IT üzrə video dərslər hazırlayır və həmən dərsləri siz bizim ITBilik youtube kanalımızda izləyib tanış ola bilərsiniz. Kanalımızda dərsləri izləyərək və ya sınaq dərsində iştirak edərək təlimçinin bilik-bacarıq səviyyəsini, təcrübəsini və dərs metodikasını dəyərləndirə bilərsiniz.

Qəbul olmaq üçün hansı sənədləri təqdim etmək lazımdır?

Müqavilənin bağlanması üçün şəxsiyyət vəsiqəsi və birinci ayın ödənişini etmək kifayətdir

Tədris cədvəlimi dəyişə bilərəm?

Digər günlər fəaliyyət göstərən qrup və uyğun zaman varsa, bəli