Haqqımızda

2017 ci ildən etibarən indiyə kimi IT sahəsində video kursları hazırlayırıq və tələbələr bundan çox faydalanır, ama hər kəs fərdi şəkildə ev şəraitində kursları öyrənə bilmir və çox çətinlik çəkir.

Bunu nəzərə alaraq biz real əyani kurslarını açmaq qərarına gəldik.

Bu kurslarda nəzəri və praktiki dərslər keçirilir və kursları bitirdikdən sonra siz artıq təcrübə almış bir mütəxəssiz kimi işə düzələ bilərsiniz.

Kursların təlimçisi və ITBilik youtube kanalının müəllifi Elçin Camalovdur.

Biz tədrisimizə tam zəmanət veririk və bir tələbəyə hər hansı bir mövzunu oyrənməsi üçün dəfələrlə müxtəlif üsullarla başa salırıq.

Missiyamız

Məqsədimiz IT sahəsində güclü mütəxəssislər yetişdirməklə həmən sahəni inkişaf etdirməkdir.

Məzunlarımız gələcəkdə ölkəmizdə IT sahəsində mütəxəssis olacaqlar, bəziləri xaricdə bizim ölkəmizi təmsil edəcəklər.

Kimsə hansısa şirkətdə işləyəcək, kimsə Outsource xidmətlər göstərəcək, kimsə onlayn şəkildə işləyəcək və kimsə təlimçi olacaq.

Hər bir məzunumuzun uğuru bizim uğurumuzdur.