Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz
Kurs hansı günlər keçirilir?
Siz kursa yazılan zaman sizə üyğun günləri qeyd edirsiniz və biz buna uyğun qrupu yığırıq
Mənə uyğun günlərə qrup yığılmasa pul qeri qaytarılır?
Biz çalışırıq ki kurs keçirilən günlər hamıya uyğun olsun ama siz seçdiyiniz günlərə uyğun qrup yığılmasa sizin pulunuz qeri qaytarılır
Kurslar saat neçədə keçirilir?
Kurslar həftə içi seçdiyiniz günlərdən asılı olaraq axşam saat 19:30 dan 21:00 və ya 21:30 qədər davam edir
Mən ödənişi etdikdən sonra kursun başlamasını nə qədər gözləməliyəm?
Qrupa 6 nəfər yazılan kimi kurs başlayır və qrupun yığılması təqribi 2-3 həftə təşkil edir
2-3 həftə ərzində qrup yığılmasa pul qeri qaytarılır?
Siz qözləyə bildiyiniz halda birazda qözləyə bilərsiniz və yaxud kursdan imtina edin pulunuzu qeri ala bilərsiniz
Kurslar həftədə neçə dəfə keçirilir?
Kurslar həftədə 2 dəfə keçirilir
Cisco CCNA onlayn kursunun aylıq ödənişi nə qədərdir?
Kursun aylıq ödənişi 200 manat təşkil edir
Cisco CCNA kursu neçə ay davam edir?
Kurs 5 ay davam edir
Sınaq dərsinizdə iştirak etmək olarmı?
Bəli. Siz ilk öncə kursa yazılırsınız və birinci ayın pulunu ödəyirsiniz. Kurs başlayanda birinci dərs sizi qane etməsə pulunuz sizə qeri qaytarılır
Kursa necə yazıla bilərəm?
Kursa yazılmaq üçün
- yaxınlaşırsınız bizim ofisə
- biz sizinlə müqavilə bağlayırıq
- birinci ayın ödənişini edirsiniz
- sizə uyğun günləri qeyd edirsiniz
- qrup yığılana kimi bizdən zənq qözləyirsiniz
Bakı ş., Nərimanov r., Əhməd Rəcəbli 52a, Xəzər Plaza, mərtəbə 4, otaq 3, Nərimanov metro st. yaxınlığında, Doğtaş mebel dükanı ilə üzbəüz
Siz sertifikat verirsinizmi?
Bəli, kursu bitirən bütün məzunları sertifikatla təmin edirik
Cisco CCNA kursunu bitirəndən sonra onun imtahanını verib beynəlxalq sertifikat ala bilərəm?
Nəzərə alın ki, beynəlxalq sertifikat üçün imtahan ingilis dilində keçirilir və sizin dil biliyiniz rahat oxuyub hər şeyi başa düşmək səviyyəsində olmalıdır.
Bundan əlavə, imtahanda spesifik sualların olduğuna qörə tövsiyə edirik həmən imtahana əlavə olaraq testlərnən də hazırlaşasınız. Bu məsələdə sizə tövsiyələr verə bilərik.
Kursu bitirdikdən sonra iş tapmaqda köməklik edirsinizmi?
Bəli, kursu bitirdikdən sonra sizin CV nizi işə düzəlmək üçün bizim partnyor şirkətlərə yönəldəcəyik
IT mütəxəssisi olmaq üçün İngilis dilini bilmək mütləqdir?
İngilis dilini bilməsənizdə helpdesk kimi işləyə bilərsiniz ama dili bilsəniz sizin işə düzəlmə şansınız artacaq, həmdə yüksək maaşlı işə düzəlmə ehtimalı coxalacaq. Ən azı texniki səviyyədə dil biliyiniz sizə qısa zamanda inkişaf etməyə kömək edəcək. Texniki və danişıq səviyyəsində isə dil biliyiniz xaricdə yüksək maaşlı işə düzəlməyində sizə kömək edəcək.
Kurslara neçə yaşdan qəbul edirsiniz?
14 yaşından artıq qəbul edirik
Təlimçi barəsində məlumat almaq istəyirəm
Təlimçi Elçin Camalov, 18 il iş təcrübəsinə malikdir və müxtəlif şirkətlərdə fəaliyyət göstərib. 7 ildir ki IT üzrə video dərslər hazırlayır və həmən dərsləri siz bizim ITBilik youtube kanalımızda izləyib tanış ola bilərsiniz. Kanalımızda dərsləri izləyərək və ya sınaq dərsində iştirak edərək təlimçinin bilik-bacarıq səviyyəsini, təcrübəsini və dərs metodikasını dəyərləndirə bilərsiniz.
Qəbul olmaq üçün hansı sənədləri təqdim etmək lazımdır?
Müqavilənin bağlanması üçün şəxsiyyət vəsiqəsi və birinci ayın ödənişini etmək kifayətdir
Tədris cədvəlimi dəyişə bilərəm?
Digər günlər fəaliyyət göstərən qrup və uyğun zaman varsa, bəli