Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz
Kurs hansı günlər keçirilir?
Siz kursa yazılan zaman sizə üyğun günləri qeyd edirsiniz və biz buna uyğun qrupu yığırıq
Mənə uyğun günlərə qrup yığılmasa pul qeri qaytarılır?
Siz ödənişi ancaq qrup yığılandan sonra ilk dərsinizdə edirsiniz
Kurslar saat neçədə keçirilir?
Kursların saatlarını qrupların üzvləri ilə birlikdə müəyyən edirik
Mən ödənişi etdikdən sonra kursun başlamasını nə qədər gözləməliyəm?
Siz ödənişi ancaq qrup yığılandan sonra ilk dərsinizdə edirsiniz
2-3 həftə ərzində qrup yığılmasa pul qeri qaytarılır?
Siz ödənişi ancaq qrup yığılandan sonra ilk dərsinizdə edirsiniz
Helpdesk (Comp TIA A+) kursunun aylıq ödənişi nə qədərdir?
Standart kursun aylıq ödənişi 150 manat, Praktik kursun isə aylıq ödənişi 160 manat təşkil edir
Praktik kurs standart kursdan nə ilə fərqlənir?
Hər iki kursun materialları və dərslərin sayları eynidir, sadəcə standart kursun dərsləri nəzəriyyədən və praktikadan ibarətdilər ama praktik kursda ancaq praktikadır. Praktik kursa yazılmaq üçün siz bizim video dətsləri əldə edib əvvəlcədən nəzəriyyəni öyrənib kursumuza qatılmalısınız. Praktik kurs tədrisi daha tez bitirmək istəyənlər üçün nəzərdə tutulub
Kurslar həftədə neçə dəfə keçirilir?
2 dəfə
Helpdesk kursu neçə ay davam edir?
Standart kurs 4 ay yarım, Praktik kurs isə bir ay yarım davam edir
Cisco CCNA kursunun aylıq ödənişi nə qədərdir?
Kursun aylıq ödənişi 250 manat təşkil edir
Cisco CCNA kursu neçə ay davam edir?
Kurs 5 ay davam edir
Cisco CCNA onlayn kursunun aylıq ödənişi nə qədərdir?
Kursun aylıq ödənişi 200 manat təşkil edir
Sınaq dərsinizdə iştirak etmək olarmı?
Bəli.
Kursa necə yazıla bilərəm?
Kursa yazılmaq üçün
- Bizimlə əlaqə saxlayıb sizə uyğun günləri və saatları qeyd edirsiniz
- Biz qrupun bütün uzvləri üçün birlikdə optimal bir gün və saat təyin edirik
- Sizi dərslərimizə dəvət edirik
Bakı ş., Nərimanov r., Əhməd Rəcəbli 50F, Xəzər Plaza, mərtəbə 4, otaq 3, Nərimanov metro st. yaxınlığında, Doğtaş mebel dükanı ilə üzbəüz
Siz sertifikat verirsinizmi?
Bəli, kursun axırında bizim imtahanımızdan keçən bütün məzunlara
Comp TIA A+ kursunu bitirəndən sonra onun imtahanını verib beynəlxalq sertifikat ala bilərəm?
Nəzərə alın ki, beynəlxalq sertifikat üçün imtahan ingilis dilində keçirilir və sizin dil biliyiniz rahat oxuyub hər şeyi başa düşmək səviyyəsində olmalıdır. Bu biliklərə maliksinizsə və Helpdesk kursunu müvəffəqiyyətlə bitirmisinizsə, imtahanı verməklə bəynalxalq sertifikatına sahib ola bilərsiniz.
Cisco CCNA kursunu bitirəndən sonra onun imtahanını verib beynəlxalq sertifikat ala bilərəm?
Nəzərə alın ki, beynəlxalq sertifikat üçün imtahan ingilis dilində keçirilir və sizin dil biliyiniz rahat oxuyub hər şeyi başa düşmək səviyyəsində olmalıdır. Bu biliklərə maliksinizsə və Cisco CCNA 200-301 kursunu müvəffəqiyyətlə bitirmisinizsə, imtahanı verməklə bəynalxalq sertifikatına sahib ola bilərsiniz.
Kursu bitirdikdən sonra iş tapmaqda köməklik edirsinizmi?
Bəli, kursu bitirdikdən sonra sizin CV nizi işə düzəlmək üçün bizim partnyor şirkətlərə yönəldəcəyik
IT mütəxəssisi olmaq üçün İngilis dilini bilmək mütləqdir?
İngilis dilini bilməsənizdə helpdesk kimi işləyə bilərsiniz ama dili bilsəniz sizin işə düzəlmə şansınız artacaq, həmdə yüksək maaşlı işə düzəlmə ehtimalı coxalacaq. Ən azı texniki səviyyədə dil biliyiniz sizə qısa zamanda inkişaf etməyə kömək edəcək. Texniki və danişıq səviyyəsində isə dil biliyiniz xaricdə yüksək maaşlı işə düzəlməyində sizə kömək edəcək.
Kurslara neçə yaşdan qəbul edirsiniz?
14 yaşından artıq qəbul edirik
Özümlə kompüter gətirməliyəm?
Noutbukunuzu gətirə bilərsiniz ama bu şərt deyil
Bizdə hər tələbə üçün noutbuk və ya masa üstü kompüterlərimiz var
Təlimçi barəsində məlumat almaq istəyirəm
Təlimçi Elçin Camalov, 18 il iş təcrübəsinə malikdir və müxtəlif şirkətlərdə fəaliyyət göstərib.
7 ildir ki IT üzrə video dərslər hazırlayır və həmən dərsləri siz bizim ITBilik youtube kanalımızda izləyib tanış ola bilərsiniz.
Kanalımızda dərsləri izləyərək və ya sınaq dərsində iştirak edərək təlimçinin bilik-bacarıq səviyyəsini, təcrübəsini və dərs metodikasını dəyərləndirə bilərsiniz.
Qəbul olmaq üçün hansı sənədləri təqdim etmək lazımdır?
Müqavilənin bağlanması üçün şəxsiyyət vəsiqəsi və birinci ayın ödənişini etmək kifayətdir
Tədris cədvəlimi dəyişə bilərəm?
Digər günlər fəaliyyət göstərən qrup və uyğun zaman varsa, bəli